AMİ-də “Əlilliyə yanaşma” mövzusunda təlim keçirilib FOTO

AMİ-də “Əlilliyə yanaşma” mövzusunda təlim keçirilib FOTO

Yanvarın 28-də Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) İnklüziv Təhsil Mərkəzində, mərkəzim uşaq inkişaf mütəxəssisi Aynur Vəliyevanın, Azərbaycana Birgə Yardım Təşkilatı (United Aid for Azerbaijan) Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzinin rəhbəri Ülviyyə Mirzəyevanın və Uşaq inkişafı mütəxəssisi, eyni zamanda layihə assistenti Vüsalə Əhmədin təqdimatında "Əlilliyə yanaşma" mövzusunda tələbələrinin iştirakı ilə təlim keçirilib. Təlimdə əlliliyin baryer olmadığı, əlilliklərindən asılı olmayaraq bütün insanların bərabər hüquqlara malik olduqları, bütün uşaqların öz uşaqlıq dövrlərini xoşbəxtcəsinə keçirmək hüququna malik olduqları auditoriyanın diqqətinə çatdırılıb. Təlimçilər öz xarici təcrübələrini də iştirakçılarla bölüşüblər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə