Azərbaycan Prezidentinin yanında Bilik Fondunun Qəbələ rayonu üzrə nümayəndəsi, P.Osmanov adına 2 saylı tam orta məktəbin direktoru Təranə Səlimovanın təşəbbüsü ilə Qəbələdə "English Conversational Club" fəaliyyətə başlayıb.Findun İnformasiya təmiantı sektorundan SİA-ya verilən xəbərə görə, klubun məqsədi şagirdlərdə ingilis dilinə həvəsi artırmaq, bu dildə müstəqil danışmağı öyrətmək, kommunikativ bacarıqları inkişaf etdirmək, ədəbi irsimizin nümunələrini şagirdlərin köməyi ilə tərcümə etməkdir.
Klubun birinci məşğələsində "Anam Azərbaycan" mövzusunda şagirdlər arasında ingilis dilində dəyirmi masa keçirilib. Məktəblilər qruplara bölünərək ingilis dilində Azərbaycan ədəbiyyatı, Azərbaycan təbiəti, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası haqqında fikir mübadiləsi aparıblar. Azərbaycana həsr olunmuş film göstərilib və şagirdlər ingilis dilində öz təəssüratlarını bölüşüblər.
"English Conversational Club"un növbəti məşğələsində görkəmli maarifçi yazıçı İsmayıl bəy Qutqaşenlinin ədəbi irsindən parçalar ingilis dilində tərcümə edilib.
Layihə 9-13 yaşlı şagirdləri əhatə edir. Rayon ərazisindəki bütün məktəblərin kluba cəlb edilməsi nəzərdə tutulur.


.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB