Müəllimlərə 3,6 milyon funt-sterlinq xərclənəcək

Müəllimlərə 3,6 milyon funt-sterlinq xərclənəcək

Böyük Britaniya hökuməti müəllimlərin informasiya texnologiyaları (İT) üzrə biliklərə yiyələnməsi üçün 3,6 milyon funt-sterlinq xərcləmək niyyətindədir. SİA-nın məlumatına görə, vəsaitlərin məktəblərdə ibtidai sinif müəllimlərinə İT texnologiyalarını tədris edəcək şirkət ekspertlərinin haqqının ödənilməsinə sərf edilməsi planlaşdırılır.

İlkin mərhələsi 2014-cü ilin yayında keçirilən təlimdə "Microsoft", "IBM" və bir sıra digər şirkətlərin ekspertləri 43 mindən çox müəllim üçün mühazirələr söyləyib və praktiki məşğələlər keçirib. İkinci mərhələdə "Google" şirkətinin ekspertlərinin iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə