Universitetin rektoru dəyişildi

Azərbaycan Universitetinin rektoru Eldar Qəhrəmanov vəzifəsindən azad edilib. Azərbaycan Universitetindən SİA-ya verilən xəbərə görə, universitetdə rektor dəyişikliyi dünən baş verib. Səhhətində problemlər olan ali məktəbin rektoru Eldar Qəhrəmanov öz ərizəsi ilə vəzifəsindən azad olunub. Azərbaycan Universitetinin rektoru vəzifəsinə Fərid Əhmədov təyin edilib. Yeni rektor artıq kollektivə təqdim olunub.

Keçmiş rektor Eldar Qəhrəmanov isə ali məktəbdə fəaliyyətini davam etdirəcək və əvvəlki vəzifəsində - İnzibati idaerəetmə kafedrasının müdiri kimi çalışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə