Rektor müəllimlərlə tədrisin keyfiyyətini müzakirə edib FOTO

Rektor müəllimlərlə tədrisin keyfiyyətini müzakirə edib FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru, professor Ədalət Muradov ali təhsil ocağnın İngilis Dilində Tədris Mərkəzinin (İDTM) müəllimləri ilə görüşüb. Universitetdən SİA-ya verilən xəbərə görə, görüşdə ADİU-da tədrisin keyfiyyətinin artırılması, mərkəzin inkişaf strategiyası müzakirə olunub. Müəllimlər tədris proqramlarının formalaşdırılması, yazılı imtahanların elektronlaşdırılması, əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin yetişdirilməsi və digər məsələlərlə bağlı təkliflərini veriblər.

Rektor İDTM-də tədrisin keyfiyyətini daha da artırmaq üçün laboratoriyaların quraşdırılması barədə tapşırıq verib.

Qeyd: ADİU-nun İngilis dilində Tədris Mərkəzi 2014-cü il oktyabrın 20-də yaradılıb. Mərkəzdə əsasən xaricdə təhsil almış mütəxəssislər dərs deyir.

Bütün xəbərlər Facebook səhifəmizdə