Şahlar Əsgərov: “Məktəblər müəllimlərin iş yerinə çevriləcək” AÇIQLAMA

Şahlar Əsgərov: “Məktəblər müəllimlərin iş yerinə çevriləcək” AÇIQLAMA

"Təhsil Nazirliyində jurnalistlər üçün nazir keçən həftə mətbuat konfransı keçirdi. Nazir konfransda bəyan etdi ki, sınaq imtahanlarını keçmiş müəllimlərin əmək haqları iki dəfə artırılacaq. Bununla da, təhsil yükləri sayəsində iş saatları minimum 18 saata çatır". Bunu SİA-ya açıqlamasında təhsil üzrə ekspert Şahlar Əsgərov deyib. O bildirib ki, respublikada təhsilin inkişafı üzrə strategiya çərçivəsində həyata keçirilən işlərdən biri də prezidentin sərəncamı ilə əmək haqlarının artırılmasıdır. Bu da məktəblərin müəllimlər üçün iş yerlərinə çevrilməsinə gətirib çıxaracaq: "Həmin sərəncamın təhsilin yüksəlişinə böyük təsiri olacaq. Prezident sərəncamı Milli strategiyanın tətbiqi ilə bağlı olan qərarda öz təsdiqini tapdı. Beləliklə, müəllimlərin əmək haqqı iki dəfə artdı. Məktəblər müəllimlərin iş yerinə çevriləcək, məktəblərdə müəllimlərin iş saatlarının sayı artırılacaq, imtahandan keçə bilməyən müəllimlər isə həvəsləndirici kurslara dəvət olunacaq. Onlar öz üzərlərində işlədikdən sonra imtahandan keçə biləcəklər. Bu təhsil üçün çox əhəmiyyətli bir addımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə