Ali təhsil müəssisələrində 2014/2015-ci tədris ilinin payız imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarov 4 dekabr 2014-cü il tarixli, 1205 №-li əmr verib. Əmrdə ali təhsil müəssisələrinin rəhbərlərinə imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etmək göstərişi verilib, imtahan qərargahının yaradılması və imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakının təmin edilməsi tapşırılıb. Həmin əmrin icrası məqsədilə Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında "Açıq qapı-valideyn günü" keçirilib.
Valideynlər, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri həyəcanlı görünürdülər. Valideynlərin həyəcanı isə açıq-aşkar hiss olunurdu.Tələbələr imtahan həyəcanlarını biruzə verməmək üçün əllərindən gələni edirdilər. Auditoriyalar imtahanlar üçün hazırdır. Tələbələr onlar üçün müəyyənləşdirilmiş otaqlarda öz yerlərini tutublar. Saat artıq 08-45-i göstərir. İmtahanların mövcud qaydalara uyğun keçirmək üçün təyin olunan nəzarətçilər axırıncı dəfə təliamtlandırılaraq, auditoriyalara göndərilir. Saat doqquzdur. Artıq auditoriyalardan heç bir səs gəlmir. Koridorda asılan "Sakit! İmtahan gedir!" tapşırığına hamı ciddi əməl edir.
Yuxarıdakı qeydlərimiz, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında aparılmışdır. Filialda "Açıq qapı-valideyn günü" keçirilib. Payız imtahan sessiyasının ən qızğın bir çağı olduğunu bildirən filialın direktoru, dos. Rasim Şükürov, imtahan sessiyasının ali məktəb həyatında ən mühüm və məsuliyyətli bir dövr olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Ali məktəblə valideynlər arasında sıx, qarşılıqlı əlaqənin olmasının isə təhsil müəssisəsində şəffaf və obyektiv mühitin yaradılmasına daha geniş imkanlar açdığını qeyd edən direktor, təkcə bir gün deyil, daim sıx əlaqələrin vacibliyini vurğuladı.
Filologiya və təhsildə psixoloji xidmət fakültəsinin dekanı dos. H.Qədimova və Pedaqoji fakültənin dekanı f.d. N. Zeynalov imtahanların gedişi haqqında geniş məlumat verdilər. Fakültə dekanları bildirdilər ki, bu günə kimi imtahan sessiyasında hər hansı bir çatışmazlığın olmaması, məhz payız imtahan sessiyasına hazırlığın uğurlu olması ilə əlaqədardır.
Sonra söz valideynlərə verildi:
Maarif Nəsibov - "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisası üzrə II tədris ilinin tələbəsi Nəsibli Svetlanın valideyni:
- Mən uzun müddət, 42 il təhsil sahəsində işləmişəm. Bu gün təhsil sistemində həyata keçirilən işlər gözümüzün önündədir. Mənim iki nəvəm bu təhsil müəssisəsini bitirib.İndi burada hər cür şəraitin, şəffaf və obyektiv mühitin olması məni sevindirir. Dövlətimizin təhsilə göstərdiyi qayğını mən bariz şəkildə burada gördüm. Bunun üçün Prezidentimiz cənab İlham Əliyevə öz təşəkkürümü bildirirəm..
İlqar İsgəndərov - "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisası üzrə III kurs tələbəsi Aysel İsgəndərovanın valideyni:
- Valideynlərlə sıx əlaqənin nəticəsidir ki, biz istər yaz imtahan sessiyasında,istərsə də payız imtahan sessiyasında yaxından iştirak edir və sərbəst şəkildə imtahanların gedişini izləyirik. Belə bir mühitin yaradılması bizi sevindirir.
Kərim Kərimov - "Riyaziyyat və informatika müəllimliyi" ixtisası üzrə III tədris ilinin tələbəsi Ana Kərimovanın valideyni:
- İmtahanların obyektiv və şəffaf keçirilməsi qızımın özünə inamını daha da artırıb. O, indi "əlaçı" olmaq istəyir. Onun bu arzusunun reallaşması üçün burada hər cür şərait var. Ondan tələb olunan ancaq oxumaqdır.
Saat 10-45-dir. Tələbələrin bəzisi imtahan cavablarını nəzarətçilərə təhvil verərək, auditoriyaları tərk edirlər.İmtahan cavabları operativ surətdə oradaca kodlaşdırlır və yoxlanılması üçün müəllimlərə təqdim olunur. Saat 11-də bütün auditoriyalar boşalır. Bütün diqqət imtahan cavabları yoxlanılan otağa zillənibdir.Valideynlər cavabların yoxlanılması prosesində iştirak edirlər.
Nahar vaxtı olsa da tələbələr həyacanla imtahanın nəticələrini gözləiyrlər.
Telli Məsimova –"Riyaziyyat və informatika müəllimliyi" ixtisası üzrə IV tədris ilinin tələbəsi:
- Bu gün "Əməliyyat sistemləri" fənnindən imtahan vermişəm. Sualların hamısını cavablandırmışam.İmtahana giriş balım 46-dır. Yüksək bal alacağıma inanıram.Ancaq imtahan elə bir sınaqdır ki, orada həyacalanmamaq mümükn deyil. Bir də ki, valideynlərimə əlaçı olacağıma söz vermişəm.
Rəşad Məmmədov-"İbtidai sinif müəllimliyi" ixtisası üzrə II tədris ilinin tələbəsi:
- Bu imtahanı mənim üçün çətin hesab etmək olar.İmtahana giriş balım 37-dir. Sualları yaxşı cavablandırmışam. Müəllimlərin obyektivliyinə inanıram.
Fərqanə Salehzadə- "Xarici dil müəllimliyi-İngilis dili"ixtisası üzrə IV tədris ilinin tələbəsi:
- Bu gün "Müqayisəli dilçilik" fənnindən imtahan vermişəm.İmtahana giriş balım 46-dır. İmtahanların gedişindən çox razıyıq. Bu günə kimi imtahanların hamısını uğurla vermişəm. Bu isə bizi növbəti imtahanlara daha yaxşı hazırlaşmağa həvəsləndirir.
İmtahanların nəticələri tələbələrə elan olundu. Tələbələrin böyük əksəriyyətinin çöhrələrindəki sevinc hisslərini sezməmək mümükn deyildir. Qiymətindən narazı qalan çox az sayda tələbə isə münaqişə komissiyasına müraciət etmək hüququndan istifadə edə bilərdilər.
Rasim Şükürov- filialın direktoru, dosent, pedaqogika üzrə fəlsəfə doktoru:
- Artıq imtahan sessiyasının yarısı geridə qalıb. Tələbələrin öyrəndikləri biliklərin dəyərləndirməyə imkan verən imtahan sessiyası bütövlükdə ali məktəblər üçün deyil, eyni zamanda bütün ictimaiyyət üçün də önəmli bir proses olduğunu nəzərə alsaq, burada aşkarlıq və şəffaflığın nə qədər vacib olduğunu qeyd etmək lazımdır. Biz təkcə bu gün deyil, bütün imtahan sessiyasını aşkarlıq və obyektivlik şəraitində keçirməyə çalışırıq. Bütün görülən işlərin əsas məqsədi,dövlətimizin həyata keçirdiyi təhsil siyasəini uğurla reallaşıdırmaqdır.
Namaz Manafov, AMİ Mingəçevir filialının Xarici dillər kafedrasının müdiri, dosent
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB