Şahlar Əsgərov: “Məktəb müəllim üçün iş yerinə çevriləcək” AÇIQLAMA

Şahlar Əsgərov: “Məktəb müəllim üçün iş yerinə çevriləcək” AÇIQLAMA

"Müəllimlərin maaşlarının artırılması çox sevindirici haldır. Yəni müəllimlərin yükünü artırmaq lazım idi". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Şahlar Əsəgərov deyib. O bildirib ki, müəllimlərin dərs keyfiyyəti artacaq, şagirdlərlə daha münasibət qura biləcəklər: "Prezident müəllimlərin iş yükünü, dərs saatlarını artırır və bununla da onların maaşlarını da 2 dəfə artırmış olur. Bu müəllimlərə istiqamətlənmiş çox gözəl addımdır. Əvvəl məktəb müəllim üçün iş yeri deyildi. Gəlib dərsini verib gedirdi. Amma indi onun yükü çox olduqda məktəbdə daha çox olacaq. Məktəbdə çox olanda tələbə ilə münasibəti daha çox olacaq. Deməli keyfiyyət artacaq. Bu o deməkdir ki, müəllimlər keyfiyyətli dərs deyəcək. Əvvəllər müəllimlər məktəbə gələrək 1 saat dərs deyib gedirdi. İndi vəziyyət tamam dəyişəcək".

Şahlar Əsgərov repetitorluq məsələsinə də toxunub. O qeyd edib ki, repetitorluğun tənzimlənməsi üçün dövlət məktəbə dəstək verməlidir: "Hazırda məktəb müəllim üçün iş yerinə çevriləcək. Məktəb repetitorların gördüyü işi öz üzərinə götürməlidir. Ümumiyyətlə repetitorluğu tənzimləmək biraz çətin məsələdir. Dövlət məktəbə bu işdə kömək etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə