Suraxanı rayonu Ələkbər Eyvazov adına 275 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Gününün 25-ci ildönümünə həsr olunan tədbir keçirilib. Bilik Fondunun İnformasiya Təminatı sektorundan SİA-ya verilən xəbərə görə, tədbirdə məktəbin müəllim və şagird kollektivi, valideynlər, 290 nömrəli məktəbin direktoru Rahidə İsmixanova, şəhid Ələkbər Eyvazovun anası Əminə Eyvazova, Bilik Fondunun nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycanın azadlığı və torpaqlarımızın bütöblüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Bilik Fondunun Suraxanı rayonu üzrə nümayəndəsi, 275 nömrəli tam orta məktəbin direktoru Elmira İsmayılova şahidi olduğunu 20 yanvar faciəsinin xalqımıza vurduğu zərbədən danışıb, məktəblilərə onların yaşıdları olan şəhidlər - İlqar, Larisa, Nəriman haqqında məlumat verib. Direktor qanlı yanvar hadisələrindən 25 il keçməsinə baxmayaraq, o günlərin qan yaddaşımızda daim qalacağlını, tariximizdə qürur və şərəf lə anılacağını deyib. Ümummilli lider Heydər Əliyevin faciənin ertəsi günü bütün təzyiqlərə baxmayaraq, Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Bakıda baş vermiş cinayət barədə bütün dünya ictimaiyyətinin məlumatlandırılmasını yüksək vətəndaşlıq mövqeyi kimi dəyərləndirib.
Sonra şagirdlər ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Məktəblilərin ifasında səslənən bir-birindən maraqlı şeir və musiqi nömrələri, səhnəciklər maraqla qarşılanıb. Tədbir boyu məktəbdə 20 Yanvar hadisələri ilə bağlı keçirilən şeir, esse və rəsm müsabiqəsində fərqlənən işlər sərgilənib.
Mərasimdə 20 Yanvar - Milli Hüzn Gününə həsr olunmuş film nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB