Yanvarın 15-də ADA Universiteti ilə ABŞ-ın Hyuston Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumu ADA Universitetinin rektoru Hafiz Paşayev və Hyuston Universitetinin rektoru Renu Xatur imzalayıblar.
ADA Universitetindən bildirilib ki, memoranduma əsasən tərəflər hər iki təhsil ocağının müəllim, professor və tələbə heyəti üçün yeni imkanların yaradılması istiqamətində əməkdaşlığa, birgə layihələr vasitəsilə Azərbaycan və ABŞ, Bakı və Hyuston arasında regional anlaşmanın inkişafına töhfələr verəcəklərinə, enerji sahəsi üzrə elmi araşdırmalar, birgə qısamüddətli ixtisasartırma və magistratura proqramları, o cümlədən tələbə mübadiləsi istiqamətində işlər görəcəklərinə razılıq veriblər.
Qeyd edək ki, ADA Universiteti artıq ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Argentina, Niderland Krallığı, Çin, Litva kimi ölkələrin bir sıra universitetləri ilə yaxından əməkdaşlıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB