Bakı Dövlət Universitetinin (BDU) nəzdində Konfutsi İnstitutunun filiallarında imtahan sessiyası keçirilir. Artıq üç universitetdə BDU-nun nəzdində Konfutsi İnstitutunun birgə təşkilatçılığı ilə Çin dilindən ikinci xarici dil kimi beş imtahan keçirilib. Həmin imtahanlarda Qərb Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər, Xəzər Universitetinin iqtisadiyyatın idarə edilmə və siyasət, Avrasiya Universitetinin filologiya fakültələrindən 93 tələbə iştirak edib.
İmtahan özündə üç hissəni – dinləmə, yazılı və şifahi imtahanı birləşdirir. Bu zaman tələbələrin səviyyəsi dinləmə və danışıq, oxumaq və yazmaq üzrə hərtərəfli yoxlanılır. İmtahanqabağı sessiyada BDU-nun nəzdində Konfutsi İnstitutunun Çin tərəfindən direktoru Hu Fenhuanın rəhbərliyi altında müəllimlər yoxlama testləri hazırlayıblar. Hər otaqda imtahana Konfutsi İnstitutundan iki müəllim və həmin universitetin rəhbər heyətindən bir nümayəndə nəzarət edib.
Konfutsi İnstitutundan bildirilib ki, Qərb universitetinin tələbələri Çin dilini artıq ikinci ildir ki, öyrənirlər. Onların Çin dili biliklərinin səviyyəsi sürətlə artır və bu dildə danışmaq bacarıqları yaxşılaşır. Bu tələbələrdən biri olan Rəşad artıq HSK4 – Çin dili üzrə dördüncü səviyyədə beynəlxalq imtahan verib. Bundan başqa, bir sıra tələbələr artıq Konfutsi İnstitutunun təqaüdünü alıblar və Çinə təhsil almağa gediblər. Tezliklə universiteti bitirəcək bu tələbələrin Çin dilini bilmələri onlara iş axtarmaq baxımından böyük üstünlük verir.
Digər tələbə Turqay sevinclə qeyd edib ki, o, Azərbaycanda Çin şirkətinə işə düzəlib. BDU-nun nəzdində Konfutsi İnstitutu Azərbaycanda Çin dilinin tədrisi və bu dildə mütəxəssis yetişdirmək tədbirlərini davam etdirəcək və bununla da Azərbaycan və Çin arasında dostluq münasibətlərinin genişlənməsinə öz töhfəsini verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB