Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən məktəblilərin Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi başa çatıb. Bu mərhələnin nəticələri 15 gün ərzində elan olunacaq. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Olimpiadalarda Bakı şəhəri üzrə 3473, bölgələrdən 20600 nəfər şagird iştirak edib. IX, X və XI sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə öz biliklərini nümayiş etdiriblər.
Tapşırıqlar münsiflər heyəti tərəfindən məktəb proqramına uyğun qapalı test sualları formasında tərtib olunub. Rayon (şəhər) mərhələsində Azərbaycan dili, ədəbiyyat və riyaziyyat fənləri üzrə bilik yarışına maraq göstərən şagirdlər daha çox olub. İnformatika və biologiya fənləri üzrə olimpiadalarda isə nisbətən az şagird iştirak edib.
Bu mərhələdə uğur qazanan şagirdlər Respublika mərhələsinin yarımfinal turunda iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB