AMEA prezidenti: “7 institutun bazasında magistratura təşkil ediləcək” AÇIQLAMA

AMEA prezidenti: “7 institutun bazasında magistratura təşkil ediləcək” AÇIQLAMA

"Magistraturaya qəbulun aparılması yeni pilot layihəsi kimi Təhsil Nazirliyi ilə danışılıb". SİA-nın məlumatına görə, bunu bu gün AMEA prezidenti Akif Əlizadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, magistratura pilləsinin AMEA-da yaradılması vacib məsələdir və fevral ayından etibarən qəbul elan olunacaq: "Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) magistratura pilləsinin yaradılması bizim üçün vacib məsələlərdən biri idi. Bu ilk addımdır və nəticəsini gözləməliyik. Magistraturanın təşkili bir neçə kriteriyaya cavab verməlidir. AMEA-nın 7 institutunun bazasında magistratura təşkil ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə