Yanvarın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə 2014-cü ilin yekunlarına dair mətbuat konfransı keçirəcək. SİA-nın məlumatına görə, mətbuat konfransında ötən il akademiyada həyata keçirilmiş islahatlar, maddi-texniki bazanın gücləndirilməsi, innovasiya xarakterli elmi-tədqiqat işlərinin genişləndirilməsi, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, dünyanın aparıcı elmi müəssisələri ilə əlaqələrin daha da genişləndirilməsi istiqamətində görülən işlərdən danışılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB