Azərbaycanlı professor məşhur Assosiasiyaya üzv seçilib

Azərbaycanlı professor məşhur Assosiasiyaya üzv seçilib

Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi kafedrasının professoru, texniki elmlər doktoru Fuad Vəliyev elm və texnologiya sahəsindəki xidmətlərinə, uğurlu və uzunmüddətli fəaliyyətinə görə Amerika Elm və Texnologiya Assosiasiyasının üzvü seçilib. SİA-nın məlumatına görə, Assosiasiyanın üzvlük sertifikatına layiq görülmüş Fuad Vəliyev 1993-1997, 2002-ci illərdə Türkiyə və ABŞ Universitetlərində və Elmi Mərkəzlərində dəvətli professor kimi çalışıb.

2014-cü ilin yanvarından Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi kafedrasının professoru F.Vəliyev 120 elmi əsərin və monoqrafiyaların müəllifi, 20 patentin sahibidir.

Bütün xəbərlər Facebook səhifəmizdə