53 nömrəli məktəbdə baş verənlərə aydınlıq gətirildi

53 nömrəli məktəbdə baş verənlərə aydınlıq gətirildi

Yanvarın 8-i axşam saatlarında 53 saylı orta məktəbin birinci sinfində oxuyan Məmmədli Dəniz Şamil qızının müəlliməsi Zülfiyyə Hacıyeva tərəfindən təzyiqə məruz qaldığına dair xəbərlər yayılıb. SİA-ya 53 saylı məktəbdən verilən xəbərə görə, yayılan xəbərlə bağlı bu gün BŞTİ-nin əməkdaşları və Bakı şəhəri BPİ Yasamal rayon Polis İdarəsinin əməkdaşları məktəbdə olublar.

53 nömrəli məktəbdə baş verənlərlə bağlı məsələyə aydınlıq gətirilib. Valideyn övladının dermotoloji problemi olduğu qeyd edib, bir neçə ay bundan öncə bu problemlə bağlı həkimə müraciət etdiyini bildirib. Eyni zamanda, valideyn xəbər yayılarkən işdə olduğunu bildirib.

Məmmədli Şəms Şamil qızı isə bacısının ibtidai sinif müəllimi Z.Hacıyeva tərəfindən təzyiqə məruz qaldığını zənn edərək məlumatı yoxlamadan şəxsi "Facebook" səhifəsində bölüşüb.

Bundan sonra məlumat xəbər və digər saytlarda yayılıb.

Məsələ ilə bağlı araşdırma davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə