Respublika müsabiqəsinə yekun vuruldu

Respublika müsabiqəsinə yekun vuruldu

Bu gün Azərbaycan Respublikası Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması üçün ixtiraçılıq sahəsində nailiyyətlərə görə II Respublika Müsabiqəsi"nin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə gənc alimlər, Patent üzrə Dövlət Komitəsinin nümayəndələri, müsabiqənin qaliblər və KİV nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən AzPatentin direktoru Miryaqub Seyidov bildirib ki, belə müsabiqələrin keçirilməsi Azərbaycanda elmin qiymətləndirilməsinə şərait yaradır və alimləri yeni kəşflərə sövq edir: "Elm haqqında qanun parlamentdə keçdikdən sonra patent üzrə də inkişafa nail olunacaq. Paten üzrə belə müsabiqələrin təşkil olunması gənclərin elmi inkişafına dəstək verəcək. Biz mütəmadi olaraq akademiya və universitetlərlə görüşlər keçiririk. Onu da açıq şəkildə bildirmək istəyirəm ki, patentlərin verilməsində gecikmələr olur. Bu problem yaxın zamanlarda aradan qaldırılacaq".

Qeyd edək ki, tədbirin sonunda Respublika müsabiqəsində yer tutan gənc alimlərə mükafatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə