V “Elektron Təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıb

V “Elektron Təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bu gün Təhsil Nazirliyi tərəfindən V "Elektron Təhsil" Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. V "Elektron Təhsil" müsabiqəsi 3 əsas istiqamət və 7 nominasiya üzrə təşkil olunub. Yüksək bal toplayan namizədlər Təşkilat Komitəsi qarşısında öz işlərini nümayiş etdiriblər. Son nəticədə 21 nəfər qalib elan olunub, 47 nəfərin işi isə fərqləndirilib. Mərasimdə çıxış edən Təhsil nazirinin müavini Ceyhun Bayramov qeyd edib ki, müsabiqənin keçirilməsində məqsəd elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosessinə tətbiqini gücləndirmək, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək və tədris prossesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

Qaliblərə diplomlar, noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunub. Fərqlənən iştirakçılara da müxtəlif hədiyyələr verilib.

Qeyd edək ki, müsabiqəyə ümumilikdə 1104 layihə təqdim olunub. Müsabiqənin rəsmi internet-səhfəsində qeydiyyatdan keçmiş 6930 müəllim, 1877 tələbə, 5349 şagird və 638 valideyn layihələrin onlayn müzakirəsində iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə