Bakı Dövlət Universiteti tələbə həmkarlar ittifaqı komitəsi (BDU THİK) bu ali məktəbin tələbə həyatına verdiyi önəmə, xəbərləri dəqiq işıqlandırdığına görə bir qrup kütləvi informasiya vasitəsini (KİV) "Tələbələrin ən yaxın dostu" mükafatına layiq görüb. Dekabrın 25-də BDU-da mükafatların təqdimetmə mərasimi olub. Tədbirdə THİK-nin sədri Daşqın Qənbərov ölkəmizdə azad, demokratik mətbuatın inkişafına geniş imkanlar yaradıldığını, gənclərə, onların təhsilinə daim böyük diqqət və qayğı göstərildiyini vurğulayıb, tələbələrin qazandığı uğurlardan danışıb.
D.Qənbərov rəhbərlik etdiyi qurumun həyata keçirdiyi tədbirlərdən də söz açıb.
Sonra KİV-lərə "Tələbələrin ən yaxın dostu" mükafatı təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB