2 il stajı olanlar elmi işçi vəzifəsinə seçilə biləcəklər

2 il stajı olanlar elmi işçi vəzifəsinə seçilə biləcəklər

"Ali təhsilin bakalavr pilləsini bitirən mütəxəssis elmi fəaliyyət sahəsində ixtisas üzrə azı iki il iş stajına malik olduqda elmi işçi vəzifəsinə seçilə bilər". SİA-nın məlumatına görə, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin və digər komitələrlə birlikdə keçirilən iclasında müzakirəyə çıxarılan yeni "Elm haqqında" qanun layihəsində qeyd olunub.

Qanun layihəsində qeyd olunur ki, elmi işçilərin işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Elmi işçilər elmi müəssisə və təşkilatın və ya ali təhsil müəssisənin elmi şurasında seçilir. Elmi işçinin müsabiqə yolu ilə seçilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və elmi müəssisə və təşkilatın nizamnaməsi ilə tənzimlənir".

Bundan başqa qanuna əsasən doktorantura və magistraturanı bitirən isdedadlı gənc mütəxəssislər müvafiq elmi vəzifəyə müsabiqədən kənar (sonradan müsabiqədə iştirak etmək şərtilə) təyin oluna bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə