Macarıstanda təhsil almaq istəyirsinizmi?

Macarıstanda təhsil almaq istəyirsinizmi?

Azərbaycan Tələbə Gəncləri Təşkilatları İttifaqının və Macarıstan universitetlərinin Azərbaycandakı rəsmi nümayəndiliyi olan "Study in Hungary"-nin birgə təşkilatçılığı ilə "Macarıstanda təhsil" mövzusunda təqdimat keçiriləcək. SİA-nın xəbərinə görə, təqdimat ATGTİ-nin ofisində, (ünvan: 28 May küç. 9/13 ) baş tutacaq və Macarıstanın ən məşhur, qədim və nüfuzlu universitetlərinə necə qəbul olmaq barədə iştirakçılarına ətraflı məlumat veriləcək.

27 dekabr 2014-cü il tarixində saat 14:30-da başlanacaq təqdimatda International Business School universiteti, Corvinus universiteti, Debrecen universiteti və BKF universitetinə (University of Applied Science of Budapest) qəbul olmaq barədə ətraflı məlumat veriləcək. Qeyd etmək yerinə düşər ki, Macarıstan universitetləri Azərbaycan dövlətinin "2007-2015-ci illər Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqram"ına daxildir və bu universitetlərinin diplomları ölkəmizdə rəsmi surətdə tanınır.

Təqdimat zamanı adı çəkilən universitetlərdə iqtisadiyyat, maliyyə, biznes, beynəlxalq əlaqələr və diplomatiya, turizm menecmenti, incəsənət, musiqi, rəsm və fotoqrafiya, kompyuter mühəndisliyi, tikinti, inşaat, mühəndislik, insan resursları menecmenti, tibb, müalicə işi və intensiv ingilis dili kurslarına qəbul olma şərtləri barədə məlumatlar dinləyicilərin nəzərlərinə çatdırılacaq.

Xatırladaq ki, artıq 40-dan çox azərbaycanlı tələbə Macarıstanda təhsil alır və bu ölkə digər ölkələrlə müqayisədə bir çox üstünlüklərə malikdir. Belə ki, Avropa məkanında ən münasib təhsil və yaşayış xərcləri, daha az sənəd tələb edən və sadələşdirilmiş qəbul şərtləri, Nobel mükafatı qazanmış alimlər və ixtiraçılar yetişdirən ingilis dilli təhsil sistemi Macarıstanı digər ölkələrdən əsaslı şəkildə fərqləndirir.

Məlumat üçün deyək ki, təqdimata giriş sərbəstdir və arzu edən hər kəs bu təqdimatda iştirak edə bilər. Təqdimat üçün buradan qeydiyyatdan keçə bilərsiniz: http://atgti.az/index.php?aze/news/337

Bütün xəbərlər Facebook səhifəmizdə