Bakı Dövlət Universitetinin bəzi fakültələrində diplomların gecikdirilməsi tələbələr arasında narazılığa səbəb olub. Hətta bəzi tələbələrə diplomlarını 2015-ci ilin yanvar ayında alacaqları bildirilib.
Tələbələrin diplomlarını niyə 5-6 aya əldə etməsi məsələsinə aydınlıq gətirmək üçün Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova ilə əlaqə saxladıq. Xidmət rəhbəri isə SİA-ya açıqlamsında deyilənləri təkzib edib: "Bizim universitetdə yekun dövlət atestasiyası olur. Sonra sənədlər Təhsil Nazirliyinə göndərilir və sənədlər yoxlanaraq yenidən universitetə qaytarılır. Bundan sonra diplomların verilməsinə başlanır. Bizdə diplomların gecikmə halı yoxdur. Diplomlar ardıcıl qaydada xəttat tərəfindən yazılır və tələbələr də müvafiq fakültələrdən diplomlarını götürürlər. Əgər diplomunu almayan qalıbsa, yaxın vaxtlarda əldə edəcək".
Qeyd edək ki, yekun dövlət imtahanı və diplom müdafiəsi iyun ayında keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB