Bu gün Azərbaycan Alimlərinin I qurultayı öz işinə başlayıb. SİA-nın məlumatına görə, Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən keçirilən qurultayda AMEA-nın prezidenti, akademik Akif Əlizadə "Müasir dünyanın çağırışları və Azərbaycan elminin prioritetlər" mövzusunda, təhsil naziri Mikayıl Cabbarov "Elm və təhsilin inteqrasiyasının bəzi məsələləri haqqında", rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov "İnnovativ inkişaf: müasir baxışlar" mövzusunda çıxış edəcəklər.
Qeyd edək ki, Azərbaycandan və dünyanın bir çox ölkəsindən 500-dən çox alimin qatıldığı I qurultay saat 19:00-a qədər davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB