Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Paris Sorbonna Abu - Dabi Universiteti arasında baş tutan əməkdaşlıq nəticəsində fəaliyyətə başlayan intensiv təlim - seminar proqramının açılışı keçirilib. Təhsil İdarəsindən SİA-ya verilən xəbərə görə, açılış mərasimində Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva, təlim iştirakçıları və o cümlədən, KİV nümayəndələri iştirak edib.
Tədbiri Paris Sorbonna Universitetinin postsovet ölkələri üzrə müşaviri İmran Muxtarov giriş sözü ilə açaraq qonaqları, təlim iştirakçılarını salamlamış və təlimin mahiyyəti barədə qısa məlumat verib.
Mərasimdə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva da çıxış edərək təcrübə mübadiləsi baxımından təhsildə bu kimi təlimlərin önəmli yer tutduğunu xüsusilə vurğulayıblar.
Sonda Paris Sorbonna Abu - Dabi Universitetinin vitse-kansleri Eric Fouachenin təlim iştirakçılarına ünvanladığı məktub oxunub.
Qeyd edək ki, Paris Sorbonna Abu - Dabi Universitetinin müəllimi və təlimçisi kimi fəaliyyət gösətərən Martina Dickson tərəfindən məktəb idarəetməsi mövzusunda keçirilən təlimdə dövlət ümumtəhsil müəssisələrinin rəhbərləri üçün intensiv təlim proqramında direktor, direktor müavinləri və digər təhsil işçiləri iştirak edirlər.
Nəzərinizə çatdıraq ki, dekabr ayının 17 – də başlayan təlim 20 dekabrda yekunlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB