TQDK-nın sədri Sabirabadda vətəndaşları qəbul edib

TQDK-nın sədri Sabirabadda vətəndaşları qəbul edib

TQDK sədri Məleykə Abbaszadə Sabirabad şəhəri Heydər Əliyev mərkəzində Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarından və Şirvan şəhərərindən olan sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edib. SİA-nın Aran bürosunun verdiyi görə, görüş zamanı vətəndaşlar TQDK sədrinə 2015-ci ildə keçiriləcək qəbul imtahanlarında nəzərdə tutulmuş dəyişikliklər, o cümlədən qabiliyyət imtahanlarının keçirilmə qaydaları və tətbiq olunmuş yeniliklər, buraxılış imtanları, orta ixtisas təhsili müəssisələrinə qəbul və s. məsələlər barədə müraciətlər etmiş və regionlarda keçiriləcək sınaq imtahanlarının sayının artırılmasını təklif etmişlər.

TQDK-nın səlahiyyətlərinə aid olan müraciətlərin yaxın vaxtlarda öz həllini tapacağı, Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin isə aidiyyəti qurumlara çatdırılacağı qəbula gələn vətəndaşların diqqətinə çatdırılmışdır.

Görüşdən sonra TQDK-nın sədri qeyd olunan şəhər və rayonların (Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala və Şirvan) təhsil şöbələrinin müdirləri ilə görüş keçirmiş, təhsilin vəziyyəti ilə maraqlanmış və ötən il həmin şəhər və rayonlar üzrə qəbulun nəticələri müzakirə olunmuşdur.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə