Təhsil naziri Saatlıda vətəndaşları qəbul edib FOTOLAR

Təhsil naziri Saatlıda vətəndaşları qəbul edib FOTOLAR

Təhsil naziri Mikayıl Cabbarov Saatlı şəhərindəki Gənclər Mərkəzində Şirvan şəhəri, Saatlı, Sabirabad, İmişli, Beyləqan və Hacıqabul rayonlarından olan 40 yaxın sakinləri qəbul edib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, nazirə müraciətlər əsasən müəllimlərin attestasiyası, diplomların tanınması, xaricdə təhsil, tələbələrin və müəllimlərin bir universitetdən digər təhsil müəssisələrinə köçürülməsi, yeni məktəblərin tikintisi və təmiri, təhsil ödənişləri, işlə təminat, təkliflər və sair problemlərlə bağlı olub.

Bir sıra məsələlər operativ şəkildə həll edilib, digər müraciətlərin qanunvericiliyə müvafiq qaydada araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyatı üzrə göndərilməsi üçün qeydiyyata alınıb.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə