"Dərmanlar pulsuz paylanılır"

"Səhiyyə Nazirliyi tərəfindən ayrılan dərman preparatları, bütün bölgələrdə olduğu kimi, Gəncə şəhərində olan xəstələrə də vaxtında paylanılır. Bu sahədə ciddi problemlər yoxdur". SİA-nın bölgə müxbirini verdiyi məlumata görə, bu açıqlamanı Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov verib.

Onun sözlərinə görə, bu gün ölkə üzrə Səhiyyə Nazirliyi tərəfindən 200-dən yuxarı dərman preparatları pulsuz paylanılır və bu dərmanlar Gəncə şəhərində siyahıda olan xəstələrə verilir: "Yeni ildən Gəncə şəhərində qeydiyyatda olan xəstələrə dərman preparatlarının verilməsində yaranan çətinliklər tam aradan qaldırılacaq".

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə