Mikayıl Cabbarovun qəbulu başlayıb

Mikayıl Cabbarovun qəbulu başlayıb

Təhsil naziri Mikayıl Cabbarovun Saatlı şəhərindəki Gənclər Mərkəzində Saatlı, Sabirabad, İmişli, Beyləqan, Hacıqabul rayon və Şirvan şəhər sakinlərini qəbulu başlayıb. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda vətəndaşların müraciəti dinlənilir və əksər məsələlər yerindəcə həllini tapır. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilir.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınır.

Bütün xəbərlər Facebook səhifəmizdə