Bakıda təhsillə bağlı beynəlxalq konfrans keçirilir FOTO

Bakıda təhsillə bağlı beynəlxalq konfrans keçirilir FOTO

Bu gün Bakıda Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə "Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin formalaşması" mövzusunda beynəlxalq elmi konfrans işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, konfransda Rusiya, Gürcüstan, Qazaxıstan və Latviyanın pedaqogika sahəsinin tanınmış alimləri iştirak edir.
Tədbiri açıq elan edən Təhsil nazirinin müavini Firudun Qurbanov bildirib ki, konfransın əsas məqsədi təhsilalanların mənəvi-əxlaqi inkişafı və şəxsiyyət kimi formalaşması sahəsində müasir tendensiyalar, mövcud qabaqcıl təcrübə mübadiləsi və onun Azerbaycan təhsilinə inteqrasiyasından ibarətdir.

O eyni zamanda, Azərbaycan təhsilinin sovet dövründə mövcud olan ideoloji mühitdən ayrılaraq dünya standartlarında öz əksini tapan təhsil sisteminə yiyələndiyini və bu zaman insan amilinin, yüksək mənəvi-əxlaqi dəyərlərin ön plana çəkildiyini qeyd edib.

Konfransda həmçinin, Azərbaycanın müxtəlif ali təhsil müəssisələri, dövlət qurumları, o cümlədən Təhsil Nazirliyi, Milli Məclis, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edirlər.

Konfrans işini seksiyalarda davam etdirəcək.

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə