Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elektron Kitabxana Mərkəzinin və Elmi Tədqiqatlar Mərkəzinin rəsmi açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə, rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov, təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın vitse- prezidenti, akademik İbrahim Quliyev, Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev, digər rəsmi şəxslər, idarəetmə və İKT sahəsinin alim və mütəxəssisləri iştirak edib. Qonaqlar öncə İTİ-nin müasir standartlar səviyyəsində fəaliyyət göstərən Tədris – İnnovasiya və Distant Tədris mərkəzlərində olub. İnstitutun direktoru, akademik Rasim Əliquliyev hər iki mərkəzin fəaliyyəti haqqında məlumat verib. İKT biliklərinin əldə edilməsi, informatikanın tədrisi məsələlərinin təşkili istiqamətində görülən işlərin, dövrün tələblərinə cavab verən gənc kadrların hazırlanmasının əhəmiyyətini vurğulayan alim innovativ tədrisin təşkili, milli kadr hazırlığı siyasətinin uğurla həyata keçirilməsi istiqamətində məqsədyönlü işlərin aparıldığnı bildirib.
Daha sonra, AMEA prezidenti Akif Əlizadə Elektron Kitabxana Mərkəzinin açılışını bildirən rəmzi lenti kəsib. Qonaqlar elektron kitabxana ilə burada oxucular üçün yaradılan şəraitlə tanış olub. Bundan sonra isə, AMEA prezidenti Akif Əlizadə institutun Elmi Tədqiqatlar Mərkəzinin də açılışını edib. O, rəmzi lenti kəsib. Qonaqlar ən müasir avadanlıqlarla təchiz olunmuş Mərkəzdə əməkdaşlar üçün taradılan şəraitlə tanış olub. Akademik Rasim Əliquliyev Mərkəzdə fəaliyyət göstərən şöbələrin elmi fəaliyyət istiqamətləri haqqında qonaqlara məlumat verib. O, burada informasiya cəmiyyətinin elmi-nəzəri problemləri, İnternetşünaslığın multidistiplinar aspektləri, informasiya təhlükəsizliyi, informasiya iqtisadiyyatının, e-elmin formalaşması problemləri və s. istiqamətlərdə elmi araşdırmalar aparılması ilə bağlı iştirakçıları məlumatlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB