Bu gün Bakı Ali Neft Məktəbi (BANM) və ABB şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. SİA-nın məlumatına görə, tədbirdə Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqi, İsveçrə Konfederasiyasının ölkəmizdək səfiri Paskal Abişer, hər iki səfirliyin nümayəndələri və şirkət təmsilçiləri iştirak edib.
Tədbiri giriş sözləri ilə açan BANM-ın rektoru Elmar Qasımov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu neft strategiyasından bəhs edib. O, neft –qaz və kimya sənayesinin ölkə iqtisadiyyatının inkişafında əsas rol oynadığını və bu sahədə mütəxəssislərin hazırlanmasının ARDNŞ-nin fəaliyyətinin inkişafında vacib istiqamət olduğunu qonaqların nəzərinə çatdırıb.
Daha sonra çıxış edən ABB şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Rüstəm Qasımov "ABB şirkətinin yerli infrastrukturun inkişafına təsiri" mövzusunda təqdimatla çıxış edib. Şirkət nümayəndəsi başlıca olaraq 5 əsas istiqamət üzrə məhsul (elektrik cihazları, elektrik sistemləri, mühərriklər və enerji ötürücüləri, minimal gərginlikli məhsullar, proseslərin avtomatlaşdırılması avadanlıqları) və xidmətlər təklif etdiyini qeyd edib.
Tədbirdə iştirak edən Böyük Britaniya parlamentinin üzvü və Baş nazirin Qazaxıstan, Azərbaycan və Türkmənistan regionunda Ticarət məsələləri üzrə elçisi Çarlz Hendri professor – müəllim heyəti və tələbələr qarşısında çıxış edib. O, BANM-da olmasından məmnunluğunu dilə gətirib. Ç. Hendri Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əlaqələrin inkişafından danışaraq iki ölkə arasında nəinki energetika və humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb. Daha sonra isə, Ç. Hendri tələbələrin suallarını cavablandırıb.
Heriot – Vatt Universitetinin Mühəndislik və Təbiət elmləri fakültəsinin dekanı Prof. Stefan Makloxlin BANM və Heriot – Vatt universiteti arasında əməkdaşlıqdan söz açıb, ali təhsil ocaqları arasında əlaqələrin dinamik inkişafından danışıb. O, təmsil etdiyi ali məktəblə BANM arasında uğurlu ikitərəfli əməkdaşlığın mövcudluğunu bildirib. Daha sonra, Bakı Ali Neft Məktəbi ilə ABB şirkəti arasında Əməkdaşlıq haqqında memorandum imzalanıb. Tədbirin sonundan isə, xatirə şəkli çəkilib.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB