Bu gün ATU-nun rektoru, akademik Əhliman Əmiraslanovun tələbələrlə görüşü baş tutub. Universitetdən SİA-ya verilən xəbərə görə, görüşün məqsədi tələbələri narahat edən məsələlərlə tanış olmaq, onların fikirlərini öyrənmək, bəzi problemlərin həlli ilə bağlı təklifləri dinləmək və onların həllinə nail olmaqdan ibarət olub. Görüşdə universitetin bütün fakültə və kurslarından olan 500-dək tələbə, prorektorlar, dekanlar, kafedra müdirləri və müəllimlər iştirak edib.
Giriş sözü ilə tədbiri açan rektor yüksək ixtisaslı həkim kadrların hazırlanması məqsədilə son illər universitetdə görülən işlərdən danışaraq qeyd edib ki, artıq bütün klinik kafedralar tələbələr üçün inşa edilib, ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş universitet klinikalarında cəmləşib. Rektor vurğulayıb ki, həm tədris terapevtik, həm də tədris cərrahiyyə klinikalarında təcrübi vərdişlərə yiyələnmək üçün təşkil olunan treyninq mərkəzləri tələbələrin istifadəsindədir. Ə.Əmiraslanov qış imtahan sessiyasının yaxınlaşdığını qeyd edərək bildirib ki, artıq 4 ildir ki, universitetdə obyektivliyi tam qorumaq məqsədilə imtahanlar insan faktoru olmadan, bilgisayarlar vasitəsilə aparılır.
Sonra tələbələr çıxış edərək Rektorun onlarla görüşə vaxt ayırdığına görə minnətdar olduqlarını və universitetdə tələbələrin yüksək biliklərə yiyələnməsi üçün yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər. Tələbələr onları maraqlandıran sualları birbaşa Rektora ünvanlandırmaqla yanaşı, bəzi dərsliklərin həcminin çoxluğu, sərbəst işlərə çox vaxt sərf edilməsi kimi problemləri dilə gətiriblər. Rektor tələbələri maraqlandıran sualları cavablandıraraq qeyd edilən problemlərin həlli üçün tapşırıqlar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB