TQDK nəticələri açıqladı

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanının I mərhələsini keçirib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, imtahan saat 11:00-da başlanıb və 2 saat 30 dəqiqə ərzində aparılıb.

İmtahanda iştirak etmək üçün 100 nəfər namizəd qeydiyyatdan keçib. Onlardan 1 nəfəri imtahana gəlməyib. İmtahanın nəticələri Silahlı Qüvvələrin Hərbi Akademiyasına təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə