Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ali məktəblərdə görüşlərini davam etdirir. Fonddan SİA-ya verilən xəbərə görə, bu gün Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun əməkdaşları Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi ilə görüşüb.
ADPU-nun rektoru professor Yusif Məmmədov O.Səmədovla söhbətində bildirib ki, Bilik Fondunun universitetlərlə sıx əlaqələr qurması təhsilin inkişafına, cəmiyyətin maariflənməsinə böyük təkandır. Rektor icraçı direktorun əməkdaşlıq təklifinə cavab olaraq rəhbərlik etdiyi təhsil ocağının Fondun layihələrində yaxından iştirak edəcəyini deyib.
ADPU-nun prorektoru Vilayət Əliyev Bilik Fondunun əməkdaşlarını müəllim və tələbələrdən ibarət auiditoriyaya təqdim etdikdən sonra O.Səmədov Fondun fəaliyyəti barədə ətraflı məlumat verib. Qısa müddət ərzində cəmiyyətin maarifləndirilməsinə xidmət edən layihələr haqqında verilən bilgiləri iştirakçılar maraqla qarşılayıblar. Fondun əməkdaşları onların suallarına əhatəli formada cavablar veriblər.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB