TQDK sədri qəbul keçirəcək

TQDK sədri Məleykə Abbaszadə Sabirabad şəhərində vətəndaşları qəbul edəcək. SİA-nın verdiyi xəbərə görə, qəbul Sabirabad şəhər Heydər Əliyev mərkəzində, dekabrın 9-da baş tutacaq.

TQDK sədrinin Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayon və Şirvan şəhər sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edəcəyi nəzərdə tutulur.

Qəbula gəlmək istəyən vətəndaşlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq, elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Həmçinin, qəbulda iştirakı nəzərdə tutulan rayonların sakinləri yerli təhsil şöbələrinin rəhbərliyinə də müraciətə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə