Yeni kimya laboratoriyası istifadəyə verildi

Yeni kimya laboratoriyası istifadəyə verildi

Gəncə Dövlət Universitetində yeni üzvi və bioloji kimya laboratoriyası istifadəyə verilib. SİA-nın xəbərinə görə, laboratoriyanın açılışı ilə bağlı keçirilən tədbirdə universitetin rektoru Yusif Yusibov ali təhsil müəssisəsində həyata keçirilən işlər və mövcud yeniliklər barədə məlumat verib. Rektor bildirib ki, universitetin tədris korpusları əsaslı təmir olunub, texniki baza müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilib, "ağıllı lövhə"lər quraşdırılıb, daxili şəbəkə yenidən qurularaq yüksək sürətli internetlə təmin olunub.

Tədbirdə qeyd olunub ki, yeni laboratoriyada fənlər əyani vasitələrdən istifadə etməklə tədris olunacaq və tədqiqat işləri aparılacaq. Geniş texniki imkanlara malik olan laboratoriyada, həmçinin üzvi və ya bioloji maddələrin fiziki parametrlərini müəyyənləşdirmək mümkün olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə