QDİƏT Elm və Texnologiya üzrə İşçi Qrupunun yüksək səviyyəli görüşü keçirilir

QDİƏT Elm və Texnologiya üzrə İşçi Qrupunun yüksək səviyyəli görüşü keçirilir

Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Elm və Texnologiya üzrə İşçi Qrupunun yüksək səviyyəli görüşü keçirilir. SİA-nın məlumatına görə, görüşdə QDİƏT-ə üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin 2014-cü il 3 dekabr tarixində keçiriləcək iclasında qəbul olunmaq üçün 2 və 4 illik fəaliyyət planları və Bəyannamə müzakirə ediləcək.

İclasda QDİƏT-ə üzv olan Azərbaycan, Türkiyə, Serbiya, Rumıniya, Bolqarıstan, Yunanıstan, Moldova və Ukraynadan yüksək səviyyəli ekspertləri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbulda yerləşən daimi katibliyinin rəhbərliyi, təşkilatın Parlament Assambleyasının, Yunanıstanda fəaliyyət göstərən Qara Dəniz Tədqiqatları Beynəlxalq Mərkəzinin, üzv dövlətlərin Bakıdakı səfirliklərinin nümayəndələri iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə