"Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Elm və Texnologiya üzrə İşçi Qrupunda nisbi durğunluğu aradan qaldırmaq, fəaliyyəti daha da gücləndirmək üçün iki illik Fəaliyyət Planı hazırlayıb". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev deyib.
Onun sözlərinə görə, iki illik Fəaliyyət Plan bu gün Bakıda keçirilən QDİƏT Elm və Texnologiya üzrə İşçi Qrupunun yüksək səviyyəli görüşündə müzakirə olunacaq: "Bu məqsədlə Fəaliyyət Planına ölkələrin təcrübəsinin bölüşdürülməsi, insan resursları, tədqiqat infrastrukturlarının yaranması, gənclərlə bağlı məsələlər daxil edilib. Fəaliyyətin daha da zənginləşməsi üçün çoxtərəfli əməkdaşlıq formatına üstünlük verilməli, beynəlxalq proqramlarda iştirak gücləndirilməlidir. Xüsusilə Azərbaycan Avropa Birliyinin "Orizon-2020" proqramında daha yüksək səviyyədə iştirak məsələsini qaldırmaq fikrindədir".
E. Babayev vurğulayıb ki, QDİƏT Elm və Texnologiya üzrə İşçi Qrupu səviyyəsində Layihələrin İnkişafı Fondu olmasına baxmayaraq, bu Fondun fəaliyyəti qənaətbəxş deyil: "Azərbaycan bu məsələnin də müzakirəyə çıxarılmasının tərəfdarıdır. İclasda QDİƏT-ə üzv ölkələrin böyük əksəriyyəti iştirak edir. Hesab edirik ki, bu yüksək səviyyəli iclas yaxın müddət üçün elm və texnologiya sahəsində üzv dövlətlərin strategiya və taktikasının hazırlanmasına öz töhfəsini verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB