Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşü çərçivəsində ADA Universitetində bu ali təhsil ocağının və SABAH layihəsi çərçivəsində digər ali təhsil müəssisələrində təhsil alan bir qrup tələbə ilə görüş keçirilib.
SİA-nın xəbərinə görə, görüşdə Türkiyənin təhsil naziri Nəbi Avcı, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, Qırğızıstanın təhsil və elm naziri Kanat Sadıkov, Qazaxıstan Təhsil Nazirliyinin məsul katibi Aliya Qalimova və digər qonaqlar iştirak ediblər.
Tədbirdə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin görüşü, onun əhəmiyyəti və qəbul olunan qərarların vacibliyi barədə fikirlər səsləndirilib. Həmçinin, tələbələrin türkdilli dövlətlərlə tələbə mübadiləsi aparmasının mümkünlüyü, təhsil proqramları, eləcə də digər məsələlərlə bağlı suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB