Müsabiqənin birinci mərhələsi başa çatıb

Müsabiqənin birinci mərhələsi başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumtəhsil məktəblərində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini və laborant vəzifələrinə işə qəbul üçün keçirilən müsabiqənin birinci mərhələsi başa çatıb. SİA-nın Təhsil Nazirliyindən aldığı məlumata görə, ikinci mərhələyə keçən namizədlər üçün imtahan təşkil olunacaq və imtahanda uğur qazananlar üçüncü mərhələdə komissiya tərəfindən təşkil olunacaq müsahibədə iştirak edəcəklər. Müsahibədə müvəffəqiyyət qazanmış namizədlər vakant vəzifələrə təyin olunacaq və ya vakant yerlər olmadığı təqdirdə, namizədlərin sənədləri BŞTİ-nin kadrlar bazasında toplanacaq. Yeni vakansiyalar yarandıqda həmin namizədlər işlə təmin olunacaq.

Qeyd edək ki, 17-24 noyabr 2014-cü il tarixlərində müvafiq vəzifələr üzrə bakuedu.az saytında 532 nəfər elektron ərizə ilə qeydiyyatdan keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə