Qəbul qaydalarına dəyişikliklər ediləcək

Qəbul qaydalarına dəyişikliklər ediləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali və tam orta təhsil bazasında (11illik) orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarında müəyyən dəyişikliklər edəcək. SİA-nın TQDK-ya istinadən verdiyi xəbərə görə, 2015-ci ildən etibarən 11-ci sinfi cari tədris ilində bitirən məzunların ali təhsil müəssisələrinin bir sıra ixtisaslarına, o cümlədən qabiliyyət tələb edən ixtisaslarına və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbulu buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq.

Komissiyadan bildirilib ki, şagirdlər qaydalarla bağlı daha ətraflı məlumatla 2015-ci il "Abituriyent" jurnalının 1-ci sayında tanış ola biləcəklər.

Qeyd edək ki, daha əvvəl də TQDK ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan şagirdlərin biliyinin yekun qiymətləndirilməsi (buraxılış) imtahanına müəyyən dəyişiklik edildiyini bildirmişdi. Belə ki, 2015-ci ildən buraxılış imtahanında XI sinif şagirdlərinin biliyi 2 deyil, 3 fəndən yoxlanılacaq. Bütün şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verəcəklər. Xarici dil fənninin tədris olunmadığı məktəblərin məzunları isə kimya fənnindən imtahan verəcəklər. Hər fənn üzrə şagirdlərə 30 test tapşırığı təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə