AMİ-də Bilik Fondunun təqdimatı keçirilib

AMİ-də Bilik Fondunun təqdimatı keçirilib

Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təqdimatı keçirilib. Fondan SİA-ya verilən xəbərə görə, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və qurumun əməkdaşları Azərbaycan Müəllimlər İnstitutunun rektoru professor Aqiyə Naxçıvanlı, institutun professor-müəllim və tələbə heyəti ilə görüşüblər. Aqiyə Naxçıvanlı Oktay Səmədov ilə söhbətində rəhbərlik etdiyi təhsil ocağının professor-müəllim heyəti və tələbələrinin Bilik Fondu ilə birgə səmərəli layihələr gerçəkləşdirə biləcəklərinə əmin olduğunu vurğulayıb.

Oktay Səmədov Bilik Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verərək bldirib ki, əsas məqsəd Azərbaycan Respublikasının əhalisini maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə çatdırmaqdır. Azərbaycan Respublikası əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərini artırmaq məqsədi ilə təşkilati və təbliğat xarakterli tədbirlər həyata keçirmək, Azərbaycan Respublikası əhalisinə qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun biliklər çatdırmaq, gənclərin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək göstərməkdir. O layihələrin icrasında təhsil işçilərini, tələbələri yaxından iştirak etməyə dəvət edib. Sonra Bilik Fondunun əməkdaşı tərəfindən slaydlarla təqdimat nümayiş etdirilib, həyata keçirilmiş işlər, uğurlu nəticələr barəsində geniş məlumat verilib.

Tədbirdə professor-müəllim heyəti və tələbələr Bilik Fondunun layihələrində iştirak etməyə hazır olduqlarını bildiribər. Tədbirdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb, bir sıra suallar cavablandırılıb, təkliflər dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə