"Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı buraxılış imtahanlarının vaxtının dəyişdirilməsi gözlənilir. Bakıda buraxılış imtahanlarının Oyunlardan əvvəl keçirilməsi nəzərdə tutulsa da, dəqiq tarix hələ müəyyənləşdirilməyib". SİA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
Hazırda bununla bağlı müzakirələrin aparıldığını dilə gətirən TQDK sədri söyləyib ki, artıq bununla bağlı təkliflər Təhsil Nazirliyinə göndərilib: "Hazırda Təhsil Nazirliyi ilə birgə imtahan gününün tarixini dəqiqləşdiririk. Məsələ onlarla müzakirə olunub, dəqiq cədvəl təqdim ediləcək. Nazirlik də təkliflərini verdikdən sonra dəqiq vaxt açıqlanacaq. Yanvarın sonunda bütün ölkə üzrə buraxılış imtahanlarının keçirilməsi tarixləri elan olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB