"Ali təhsil müəssisələrinə qəbul imtahanlarında 4 ildir ki, açıq tipli test tapşırıqları tətbiq edilir. Qəbul imtahanlarında hesablama, seçim, ardıcıllıq və uyğunluğu müəyyən etmək formalı 5 açıq tipli test tapşırığından istifadə olunur. 2015-ci ildə ali məktəblərə qəbul imtahanlarında uyğunluğu müəyyən etmək tapşırıqlarının sayının bir ədəd azaldılması və hər ixtisas qrupunda üçüncü bir fəndən açıq tipli test tapşırıqlarının istifadəsi planlaşdırılır". SİA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
O deyib ki, 2015-ci il qəbul imtahanlarında hər ixtisas qrupunda üç fənn üzrə hər birində 4 ədəd test tapşırığının istifadəsi nəzərdə tutulur: "Gələn il I ixtisas qrupunda riyaziyyat, kimya, fizika, II ixtisas qrupunda riyaziyyat, coğrafiya, ana dili, III qrupda riyaziyyat, tarix, ana dili, IV ixtisas qrupunda isə riyaziyyat, kimya, biologiya fənləri üzrə açıq tipli test tapşırıqları tətbiq olunacaq. İmtahanın məzmunu ilə bağlı tətbiq edilən bu yenilik test bloklarının mürəkkəblik dərəcəsinə təsir etməyəcək. Sual kitabçaları formalaşdırılarkən son illərdə olduğu kimi, test tapşırıqlarının mürəkkəblik dərəcəsinə görə sayları dəyişməyəcək. Bu yeniliklə bağlı "Abituriyent" jurnalının 1-ci sayında model testlər dərc olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB