VII sinif şagirdləri dərsliklərini elektron qaydada əldə edə biləcəklər

VII sinif şagirdləri dərsliklərini elektron qaydada əldə edə biləcəklər

Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az elektron dərslik portalında VII sinif üzrə elektron dərsliklər yerləşdirilib. SİA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hazırda portalda ümumilikdə 20 elektron dərslik var. Artıq istifadəçilər VII sinif üzrə elektron dərslikləri də portaldan epub, oflayn və onlayn formatda yükləyə bilərlər.

Bu günə qədər saytdan istifadə edənlərin ümumi sayı 16591, o cümlədən Bakı şəhəri üzrə 5199, Sumqayıt şəhəri üzrə 1275, Gəncə şəhəri üzrə 567 nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə