SOCAR tələbələri təqaüdə dəvət edir

SOCAR tələbələri təqaüdə dəvət edir

"SOCAR təqaüdləri Azərbaycanda ən maksimumdur. Sayıları bəzi illərdə 200-ə qədər olub. Gərək ki, təqaüdçülər olsun". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, təqaüd proqramından keçən tələbələrin sayında bu il azalma müşahidə olunub. Dövlət Neft Şirkətinin prezidenti bunun düşündürücü bir məqam olduğunu ifadə edib: "Biz nə qədər təqaüdçü olsa, o qədər təqaüd verə bilərik. Bu il proqramdan 125 nəfər keçib. Lakin 2 il bundan əvvəl təqaüd alan 203 tələbə olub. Bu tələbələrdən asılı bir məsələdir. Gərək özləri işləsinlər və bu imtahanları verə bilsinlər, proseslərdən keçsinlər. Yəqin ki, imtahandan keçə bilməyiblər və ona görə də 125-ə düşüblər. Bu da bizi düşündürməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə