"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində bu günə qədər 755 gəncimiz xaricdə təhsil alıb. Onlardan 35 faizi dövlət, 60 faizi isə özəl sektorlarda çalışırlar". SİA-nın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasındakı çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, gələn il dövlət proqramını müddəti başa çatır: "Bütün bu inkişafı nəzərə alaraq dövlət başçısı İlham Əliyevin xüsusi göstərişi ilə proqramın gələcəkdə davam etdirilməsi üçün hazırlıq işlərinə başlanılıb.
M. Cabbarov deyib ki, xarici ölkələrdən Azərbyacana professorların dəvət edilməsi istiqamətində işlər davam etdirilir.
Nazir qeyd edib ki, müəllimlərin dərs yükü maksimum 36 dərs saatına bərabər ola bilər: "Bu da onların öz istəyi ilə müəyyən edilir. Onların əmək haqlarına gəldikdə isə, bu göstərici 12 saat üçün minimal 155, maksimum isə 207 manata bərabərdir".
Rayon və kənd məktəblərində vakant yerlərlə bağlı məsələyə toxunan nazir deyib ki, respublikanın kənd və rayonlarında vakant yerlərin sayı 3 faizdən 1 faizə enib: "Bu da onu göstərir ki, gənc müəllimlərin ucqar ərazilərimizdə işləməsinə həvəsləndirilmək üçün hökumətin apardığı işlər öz müsbət nəticəsini verir. Azərbaycanda 1 müəllimə 8 şagird düşürdü. Görülən işlər nəticəsində bu göstərici respublikada 1 müəllimə 9 şagird, Bakıda isə 1 müəllimə 12 şagird düşür. Hazırda Azərbaycanda 151 min müəllim fəaliyyət göstərir. Bütün müəllim ixtisaslarına ali təhsil müəssisələrində qəbul balları qaldırılır. Bu da müəllim sayının artmasına öz müsbət təsiri göstərəcək".
Nazir qeyd edib ki, ümumtəhsil məktəblərində dərsliklərin çəkilərinin yüngülləşdirilməsinə çalışılır: "Hazırda şagirdlərin sağlamlığı ilə bağlı müvafiq tədbirlər həyata keçirilir və bu məqsədlə üzlüksüz dərsliklər çap olunur. Nümunə üçün I sinif üçün 5 dərsliyin ümumi çəkisi 1 kq-dan bir qədər çoxdur. VI və VII siniflər üçün isə dərsliklər elektronlaşdırılıb. Bizim üçün təbii ki, ən mühüm məsələ dərsliyin məzmunudur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB