Bu gün AMEA Mərkəzi Kitabxana – İnformasiya Resursları Mərkəzində "Elektron Resursların İşlənməsi" (Electronic Resources Usage) mövzusunda "EBSCO" məlumat xidmətlərinin təqdimatı və "EBSCO" məlumat bazasından istifadə qaydalarına həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova 10 ilə yaxın müddətdə Akademiyanın informasiya təminatçısı olduğunu qeyd edib. Beynəlxalq ədəbiyyatdan istifadə olunduğunu vurğulayıb. "EBSCO" şirkəti ilə əməkdaşlıq sahəsində bu elmi nəşrlərdən istifadəyə geniş yer veriləcəyini, gələcəkdə daha çox oxucu kütləsinə çatmağın hədəf olduğunu deyib.
Daha sonra "EBSCO" məlumat xidmətlərinin MDB üzrə nümayəndəsi Reiko Raie təqdimat edib. O, "EBSCO"nun MDB-də və Qafqazda çoxşaxəli fəaliyyət göstərdiyini ifadə edərək, ABŞ-da da kifayət qədər tanınmış elmi resurs mərkəzi olduqlarını bildirib: "Şirkətin illik elmi resurslarından əldə etdiyi gəlir 1 milyard dollara yaxındır. Hazırda dünyada 400 bazamız mövcuddur. Bir çox məşhur brendlər bizim əməkdaşımız və müştərimizdir. Biz bazalarımız vasitəsilə elmi işdə çalışanlara həm informasiya, həm də istiqamət veririk".
"EBSCO" nümayəndəsi şirkətin elmi bazasından da danışaraq, jurnal və kitab arxivindən və istifadəsindən söhbət açıb: "Bu gün 9 minə yaxın elmi jurnalla çalışmaqdayıq. "EBSCO" sadəcə jurnallarla deyil, kitabxanalarla da çalışaraq bazalarını təqdim edir. Şirkətdən tələb olunduğunda sadəcə bir material təqdim etmir, o mövzu ətrafında arxivi verir. Yəni ki, bütün arxivimizdən istifadəyə icazə verir. Şirkət arxivimizdə kitab kolleksiyası da mövcuddur. 15 mindən artıq kitabımız mövcuddur. Bundan başqa, 15131 yüksək keyfiyyətli elmi məqalələr şirkətimiz tərəfindən qorunmaqdadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB