“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər keçirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Azərbaycan dövlətinin qurucusu və memarı, Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi ilə əlaqədar Bakı şəhəri ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərində XI sinif şagirdləri üçün dərslər keçiriləcək.Təhsil idarəsindən SİA-ya verilən xəbərə görə, bu gündən etibarən başlayan dərslər may ayının 4-dək davam edəcək.
Qeyd edək ki, Bakı şəhəri ərazisində fəaliyyət göstərən 470 ümumtəhsil məktəbinin (məcburi köçkün məktəbləri də daxil olmaqla) ümumilikdə 22453 XI sinif şagirdinə may ayının 4-dək 264 dərs keçiriləcək.
Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edəcək dərslərin tədrisi ilə 150 – dən çox müəllim məşğul olacaq.
Qeyd edək ki, bu dərslərin təşkilində əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin yüksək ideyalarının, ölkəmizin dövlət quruculuğu prosesində bu dahi şəxsiyyətin rolunun və xidmətlərinin öyrənilməsi, bütün bunların gənc nəsillərə çatdırılmasından ibarətdir. Həmçinin məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edən bu dərslər şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına və yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir.
İlk dərs bu gün Binəqədi rayonundakı 276 nömrəli tam orta məktəbdə keçilib. "Heydər Əliyev irsinin öyrənilməsi" mövzusunda keçirilən dərsdə 276 nömrəli məktəbin şagirdləri ilə yanaşı 30, 284, 297, 298 və 299 nömrəli məktəblərin şagirdləri də iştirak edib.
Açılışda BŞTİ-nin Ümumi təhsil sektorunun məsləhətçisi Tural Mirzəliyev çıxış edərək Ümummili Liderimiz haqqında dərslərin önəmi barədə söz açıb, yaxın tariximizin öyrənilməsi baxımından dərslərin tələbolunan və lazımlı olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB