“eTwinning Plus” layihəsi üzrə seminar keçiriləcək

“eTwinning Plus” layihəsi üzrə seminar keçiriləcək

Noyabrın 21-23 tarixlərində Bakıda "Park İnn" mehmanxanasında "eTwinning Plus" layihəsi üzrə əlaqələndirici seminar keçiriləcək. SİA-nın Təhsil Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, tədbirdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Almaniya və Fransanın "eTwinning" layihəsi üzrə nümayəndələri, yerli və əcnəbi təcrübəli müəllimlər iştirak edəcəklər. İştirakçı ölkələrin müəllimləri layihənin uğurlu icrası üçün öz tövsiyələrini verəcək, pedaqoji innovasiyaları, uğurlu layihələrini nümayiş etdirəcəklər.

Qeyd edək ki, Avropa Şurasının maliyyələşdirdiyi "eTwinning Plus" layihəsinin icrasına Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində "Mədəd Azərbaycan" təşkilatı 2013-cü ildən etibarən başlayıb. Layihə çərçivəsində Avropa İttifaqının Davamlı Təhsil Proqramının tərkib hissəsi olan "eTwinning" layihəsinin genişləndirilməsi və ölkələrarası təhsil əlaqələrinin inkişafı təmin edilir, pedaqoji işçilərə əməkdaşlıq və təhsil layihələrini reallaşdırmaq imkanı yaradılır.

Bütün xəbərlər Facebook səhifəmizdə